Maliyyə-iqtisadi təhlil

Maliyyə-iqtisadi təhlil (Due diligence) şirkətlərə investisiya qərarlarını verməyə kömək edir. Maliyyə-iqtisadi təhlil zamanı biz sərmayə yatırılacaq şirkətinin təfsilatlı təhlilini aparırıq və investisiya qərarına təsir göstərə biləcək məsələlərə aydınlıq gətiririk.
 
Maliyyə-iqtisadi təhlilin əsas məqsədi risklərin aşkar edilməsidir ki, bu da investorun danışıqlar vaxtı daha güclü mövqeyə malik olmasını təmin edir.
 
Adətən maliyyə-iqtisadi təhlil aşağıdakı sahələri əhatə edir:
 
  • İnvestisiya ediləcək şirkətin və onun əməliyyatlarının təsviri;
  • İqtisadi mühitin təsviri;
  • Keçmiş fəaliyyətinin maliyyə təhlili;
  • Maliyyə proqnozlarının yoxlanılması;
  • Vergi və hüquq məsələlərinin yoxlanılması;
 
Maliyyə-iqtisadi təhlilin qiymətləri investisiya ediləcək şirkətin böyüklüyündən və əməliyyatların mürəkkəbliyindən və həmçinin müştərinin xüsusi istəklərindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 9,000 AZN - 18,000 AZN arasında dəyişə bilər.