Razılaşdırılmış Prosedurlar

Razılaşdırılmış prosedurlar yoxlaması zaman auditor müştəri tərəfindən müəyyən edilmiş xüsusi prosedurları həyata keçirir və aşkar edilmiş faktlarla bağla hesabat verir. Bu maliyyə hesabatlarının hər hansı bir maddəsinə və yaxud xüsusi meyarına aid ola bilər. Məsələn belə prosedurlar kreditor borclarının, debitor borclarının, satınalmaların və sair əməliyyatların və ya qalıqların yoxlamasını daxil edə bilər. Yoxlamanın məqsədi konkret prosedurların aparılması və aşkar olunmuş nöqsanlar barədə hesabatın alınmasıdır. Razılaşdırılmış prosedurların üstünlüyü ondan ibarətdir ki, yoxlama işi sadəcə tələb olunan məqamları əhatə edir. 

Adətən razılaşdırılmış prosedurlara aşağıdakı hallarda ehtiyac duyulur:

  • Şirkətlərin birləşməsi zamanı;
  • Məhkəmə işləri üçün hazırlıq;
  • Kreditlərə aid bankın xüsusi tələbləri;
  • Daxili nəzarət sisteminin yoxlanılması;
  • Qanunvericiliyə riayət olunmasının yoxlanılması

Auditor olara biz razılaşdırılmış prosedurların aparılması nəticəsində hər hansı bir rəy vermirik. Hesabatda sadəcə olaraq aparılmış prosedurlar və aşkar olunmuş nöqsanlar barədə məlumat verilir.

Razılaşdırılmış prosedurlar üzrə xidmət haqlarımız tapşırığın həcmindən və mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 2,000 AZN - 8,000 AZN arasında dəyişə bilər.

Our clients

Our Partners