Uçot siyasətləri

Uçot siyasətləri və prosedurlar şirkətlərin maliyyə məlumatlarının yazılışını və təqdim olunmasını tənzimləyir. Uçot siyasətləri əməliyyatların standart şəkildə uçota alınmıasını təmin edir. Beləliklə mühasibat uçotu standartlarının müxtəlif şəkillərdə tətbiq olunmasının və insan faktoru müdaxiləsinin qarşısı alınır.

Şirkətiniz üçün keyfiyyətli uçot siyasətlərinin yazılması diqqət və xeyli vaxt tələb edir. Bu işdə standart həll yolu yoxdur. Hər təşkilatın ona məxsus biznes modeli və iş prosesləri var. Uçot siyasətləri də onlara uyğunlaşdırılmalıdır.

Biz müştərilərimizə uçot siyasətlərinin yazılmasında, dəyişilməsində və tətbiqində lazımi kömək göstəririk. Xidmətlərimiz aşağıdakıları daxil edə bilər:

  • müvafiq uçot siyasətinin yazılması və ya mövcud siyasətin dəyişilməsi;
  • uçot prosesinin qurulması və prosedurların yazılması;
  • müvafiq uçot siyasətlərinin seçimi ilə bağlı köməklik;
  • hesablar planının tərtib olunması;
  • uçot siyasətlərinin tətbiqi ilə bağlı praktiki konsultasiyalar;
  • uçot siyasətlərinin dəyişdirilməsindən irəli gələn təsirin dəyərləndirilməsi;
  • yerli uçot qaydalarından MHBS-ya keçid.

Uçot siyasətləri ilə bağlı xidmət haqlarımız şirkət əməliyyatlarının müxtəlifliyi və mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 4,500 AZN - 11,000 AZN arasında dəyişə bilər.

Our clients

Our Partners