"MHBS-ın əsasları" təlimi

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) dünyada ən geniş yayılmış və qəbul olunmuş mühasibatlıq standartlarıdır. Artıq 120 ölkə çox və təqribən 7,000 açıq səhmdar cəmiyyətləri olan şirkətlər öz maliyyə hesabatlarını MHBS-a uyğun hazırlayır. Azərbaycanın qanunvericiliyinə əsaən bütün ictimai əhəmiyyətli qurumlar öz maliyyə hesabatlarını MHBS-a uyğun hazırlamalıdır. Digər təşkilatlar isə ya MHBS-ni və ya MHBS-a çox yaxın olan Milli Mühasibat Uçotu Standartlarını tətbiq edə bilərlər.
 
Bu iki günlük təlim MHBS-ın bütün əsas tələblərinə və onların texniki olaraq gündəlik əməliyyatlarda tətbiq olunmasına nəzər salır. Təlimin proqramı yerli bazarın xüsusiyyətlərini əks etdirən praktiki misallar və tapşırıqlar üzərində qurulub. Həmçinin bu təlim MHBS-ın tətbiqi ilə bağlı mühasiblərin real həyatda rastlaşdığı çətinliklər və onların həll yollarını əhatə edir.
Təlim zamanı Siz aşağıdakıları öyrənəcəksiniz:
  • MHBS-ın əsas konsepsiyaları və tələbləri
  • Əksər şirkətlərdə olan əsas əməliyyatlar üzrə MHBS-ın tətbiqi
  • Ənənəvi mühasibatlıq praktikası ilə MHBS arasında mövcud olan əsas fərqlər
  • MHBS maliyyə hesabatlarının hazırlanması
Bu təlim maliyyə direktorları, mühasiblər, maliyyə analitikləri, hesabat mütəxəssisləri, daxili və kənar auditorla üçün faydalı ola bilər. Təlimin proqramı və vaxt cədvəli aşağıdakı kimidir:
 

 
Təlim və bütün materiallar Azərbaycan dilində təqdim olunur.
Şirkətlər üçün təlimin qiyməti xüsusi uyğunlaşdırmaların həcmindən asılı olaraq 2,300 AZN-dan 2,950 AZN-a qədər dəyişə bilər. Fiziki şəxslər və ya fərdi qaydada iştirak etmək istəyənlər üçün təlimin qiyməti 1 (bir) iştirakçı üzrə 320 AZN təşkil edir.
 
İştirak etmək və ya daha ətraflı məlumat almaq üçün aşağıdakı anketi doldurun. Biz tezliklə Sizinlə əlaqə saxlayacayıq!