Audit yoxlaması

Səhmdarlar, potensial investorlar, kapital bazarlarının iştirakçıları və banklar öz işlərində maliyyə məlumatlarından tez-tez istifadə edirlər. Maliyyə hesabatlarının auditi bu məlumatların doğru olduğuna dair istifadəçilərdə əminlik yaradır.
 
Biz real dəyər verəcək və investorun əminliyini artıra biləcək maliyyə hesabatlarının yüksək keyfiyyətli, müstəqil auditini müştərilərimizə təklif edirik.
 
Maliyyə hesabatlarının kənar auditdən keçməsi şirkətlərə bir sıra üstünlüklər qazandırır. Maliyyə və digər bazarlarda qəbul olunmuş praktikaya görə auditdən keçmiş maliyyə hesabatları güvənilə biləcək hesabatlar sayılır. Kreditorlar, investorlar və müştərilər şirkətiniz ilə işləmək qərarını verməkdən öncə audit olunmuş maliyyə hesabatlarını istəyə bilər. Bundan əlavə maliyyə hesabatları audit olunan şirkətlərin bazar dəyəri daha yüksək olur.
 
Biz İFRS, İPSAS və yerli standartlara əsasən hazırlanmış maliyyə hesabatlarına dair audit rəyi veririk. Bütün auditlərimiz Auditin Beynəlxalq Standartlarına (İSA) əsasən aparılır. 
 
Bankların, sığorta şirkətlərinin, tikinti, ticarət və istehsalat ilə məşğul olan orta və iri şirkətlərinin auditində bizim geniş təcrübəmiz var.
 

Audit yoxlamalarının qiymətləri şirkətin böyüklüyündən və əməliyyatların mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 9,000 AZN - 20,000 AZN arasında dəyişə bilər.

 

Our clients

Our Partners