Aktivlərin qiymətləndirilməsi

Aktivlərin qiymətləndirilməsi gəlir yaradan uzun-müddətli aktivlərin ədalətli dəyərlərinin ölçülməsi prosesidir. Adətən qiymətləndirmə aktivlərin alqı-satqısı, kredit üçün girova qoyulması və ya maliyyə hesabatları məqsədləri üçün tələb olunur.
 
Qiymətləndirmədə üç təməl yanaşma mövcuddur:
  • Bazar yanaşması - qiymətləndirilən aktiv ilə analoji olan aktivlərin bazarda alqı-satqısı əsasında;
  • Maliyyət yanaşması - qiymətləndirilən aktivin eyni tipli və ya eyni istehsalat gücünə malik olan aktivlə əvəz olunması xərci əsasında;
  • Gəlir yanaşması - qiymətləndirilən aktivin gələcəkdə yaradacaq gəlirlərin diskontlaşdırılmış dəyəri əsasında.
Qiymətləndirməni həyata keçirərkən biz bütün yanaşmaları nəzərdən keçiririk. Bizim müxtəlif tipli aktivlər, o cümlədən torpaq, binalar və tikililər, zavod və istehsalat sexləri, avadanlıqlar, nəqliyyat vasitələri, kompyuterlər, ofis avadanlıqları və mebel üzrə qiymətləndirmədə təcrübəmiz var. Tikinti, istehsalat, mehmanxana, pərakəndə və xidmət sahələrində qiymətləndirmə işlərini yerinə yetirmişik.
 
Qiymətləndirmə zamanı hər növ xüsusi aktivlər üzrə bazar araşdırmasını və təhlili aparmaq üçün həmin sahəni bilən peşakar qiymətləndirici təyin olunur. Bu yanaşma qiymətləndirmə hesabatının düzgün, tam və dolğun olmasını təmin edir.
 
Qiymətləndirmə üzrə xidmət haqqılar qiymətləndiriləcək aktivlərin sayından və mürəkkəbliyindən asılıdır. Qiymətləndirmə hesabatın verilməsi adətən 1-3 həftə çəkir.