Vergi uçotu

İstənilən sahibkarlıq fəaliyyəti dövlət qurumları ilə davamlı işləməyi tələb edir. Bəzən kiçik və orta şirkətlərin rəhbərləri bu işlərlə özləri məşğul olur və nəticədə satış, idarəetmə, daxili nəzarət kimi önəmli sahələrə yetərincə vaxtları qalmır. Buna yol verməmək üçün biz bu xidməti müştərilərimizə təklif edirik. Beləliklə şirkətinizin aşağıdakı dövlət qurumları ilə ünsiyyətinizi tamamilə bizə həvalə edə bilərsiniz:

  • Vergilər Nazirliyi;
  • Sosial Müdafiə Fondu;
  • Dövlət Məşğulluq Xidməti;
  • Statistika komitəsi.

Xidmətimiz aşağıdakıları əhatə edir:

  • Qeydiyyat və digər müraciətlərin hazırlanması və sorğuların göndərilməsi;
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Elektron vergi hesab fakturaların və elektron qaimə fakturaların online rejimdə tərtib edilməsi və göndərilməsi;
  • İşçilər ilə əmək qanunvericiliyə uyğun sənədləşmənin aparılması, əmək haqlarının hesablanması və ödənilməsi;
  • Müvafiq ödənişlərin icra edilməsi;
  • Daxil olan sorğuların cavablandırılması və dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət;
  • Lazımi ilkin sənədlərin tamlığına və düzgünlüyünə nəzərət.

Aylıq xidmət haqqımız şirkətə tətbiq olunan vergilərin, əməliyyatların və işçilərin sayından asılıdır. Sadələşdirilmiş vergi ödəyiciləri olan kiçik və orta yerli şirkətlər üçün aylıq xidmət haqqımız 300 AZN - 1,500 AZN arasında dəyişə bilər. Mənfəət vergisi və ƏDV ödəyiciləri olan orta şirkətlər üçün aylıq xidmət haqqımız 500 AZN - 2,500 AZN arasında dəyişə bilər.

Our clients

Our Partners