Audit olunan şirkətlər arasında keçirilən sorğular göstərir ki, müştərilər ən çox yüksək qiymətlər, hesabatların gecikdirilməsi və auditorların verdiyi çoxsaylı, təkrarlanan suallardan narazıdır.
Biz auditi müasir data yönümlü texnologiyalarla aparırıq, bu da bizə işi daha tez bitirməyə, müştəri sorğularını azaltmağa və daha sərfəli qiymət təklif etməyə imkan verir.

Bizim audit Sizə nə qazandırır?
- Beynəlxalq standartlara (MHBS) cavab verən Azərbaycan və İngilis dillərində hazırlanmış maliyyə hesabatlarınız olur;
- Hər auditin sonunda Sizinlə görüş keçirilir və şirkətin maliyyə göstəriciləri və riskləri müzakirə edilir;
- Bank kreditini daha rahat və qısa zamanda ala bilirsiniz;
- Tenderlərdə rəqibləriniz üzərində üstünlük əldə edirsiniz;
- Şirkətiniz investorlar üçün daha cəlbedici olur;
- Maliyyə nazirliyinin tələblərini yerinə yetirirsiz və cərimə olunmursuz.
Niyə biz?
- Komandamızın üzvləri “Böyük dördlük”-də geniş iş təcrübəsi ilə yanaşı ACCA kvalifikasiyalarına sahibdir;
- 120-dən çox korporativ müştəri ilə işləyərək istehsalat, ticarət, neft-qaz, xidmət və maliyyə institutları sahələrində özəl təcrübə toplamışıq;
- Bizə məxsus xüsusi proqram təminatı auditləri sürətli və əlverişli qiymətə aparmağa imkan verir.
Audit necə aparılır?
Biz audit yoxlamalarını Beynəlxalq Audit Standartlarına (ISA) uyğun olaraq hər bir müştərinin risklərinə görə xüsusi hazırlanmış fərdi yanaşma əsasında aparırıq. Data üzrə ən müasir texnologiyalardan istifadə edirik və bunun sayəsində auditlərimizi şirkətin mühasibatlığını minimum dərəcədə narahat etməklə ən qısa zamanda bitiririk.
Audit prosesi əsasən 3 mərhələdən ibarətdir:
1. Planlama
İlk addım olaraq auditlə bağlı tələb olunacaq məlumatların sorğusunu müştəriyə təqdim edirik. Fəaliyyət sahənizi öyrəndikdən sonra əsas riskləri müəyyən edirik və fərdi audit planı hazırlayırıq.
2. Yoxlama
Bu mərhələdə biz əməliyyatları və hesablar qalıqlarını yoxlamaq məqsədilə müxtəlif audit prosedurlarını həyata keçiririk. Əksər audit prosedurlarımız rəqəmsal məlumatlar əsasında avtomatik icra olunur və buna görə də mühasibatlıq heyətinizdən yalnız istisna hallarda dəstək tələb olunur.
3. Hesabatın verilməsi
Yoxlamanın nəticəsi olaraq Sizə audit hesabatı təqdim olunur və özündə bütün düzəlişləri əks etdirən maliyyə hesabatlarının transformasiya cədvəli. Auditin sonunda şirkətin maliyyə nəticələrini müzakirə etmək üçün rəhbərlik və ya səhmdarlarla yekun görüş təşkil olunur.