Komandamız
Davud Məmmədov, ACCA
Direktor
Davud maliyyə məsləhəti və qiymətləndirmə xidmətlərinə rəhbərlik etməklə yanaşı, eyni zamanda şirkətin ümumi fəaliyyətini idarə edir. 20 ildən çoxdur ki, o, bölgənin müxtəlif bazarlarında müştərilərə maliyyə məsələlərində dəstək olur. 2015-ci ildə öz praktikasını təsis etməzdən əvvəl, Davud Deloitte şirkətində 8 ildən çox təcrübə qazanmış və Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan və Ukraynada bank, sığorta, tikinti, otelçilik və ticarət sahələrində fəaliyyət göstərən müxtəlif müəssisələrin kənar auditlərinə rəhbərlik etmişdir. O, həmçinin Allianz (Almaniya) və Eurasia Cinemas (Türkiyə) şirkətlərində daxili auditor kimi çalışaraq daxili nəzarət və risklərin idarə edilməsi sistemləri üzrə dəyərli təcrübə qazanmışdır. Maliyyədə və ümumi idarəetmədə geniş praktiki təcrübəyə söykənərək, Davud hazırda yerli şirkətlərə maliyyə menecmenti və hesabatlılıq, korporativ idarəetmə, investisiyalar və ümumi strategiya üzrə məsləhətlər verir. O, IFRS və maliyyə auditi sahəsində peşəkar biliklərini yerli universitetlərdə dərs deməklə və korporativ təlimlər keçirməklə paylaşır. Davud, 2015-ci ildən Association of Chartered Certified Accountants (ACCA) və 2017-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. Nigar Məmmədova
Audit Meneceri
Nigar mühasibatlıq və vergi sahələri üzrə ixtisaslaşmış, özəl və dövlət sektorlarında 15 ildən artıq çalışmış Audit Meneceridir. Maliyyə direktoru rolunda, o, maliyyə və mühasibatlıq, xəzinadarlıq əməliyyatları, büdcələmə və şirkətin strateji planlamasına rəhbərlik etmişdir. Bundan əlavə, o, şirkətin maliyyələşdirilmə strategiyalarının hazırlanması, banklar və maliyyə institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də kredit şərtlərinin müzakirə edilməsi və razılaşdırılması proseslərini aparmışdır. Nigarın vergi məcəlləsi, əmək və mülki qanunvericiliyi üzrə geniş təcrübəsi ona ticarət, istehsalat və xidmət sektorunda çalışan şirkətlər üçün son dərəcədə faydalı məsləhətlər verməyə imkan verir. Nigar müxtəlif müştərilər üçün maliyyə hesabatlarının auditi, tərtibi və xüsusi əminlik prosedurlarının icrasını həyata keçirir. O, həmçinin, ERP və mühasibatlıq sistemlərinin tətbiq olunması, eləcə də daxili uçot siyasətləri və qaydalarının hazırlanması üzrə layihələri icra edir. Nigar, Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə magistr dərəcəsinə malikdir və Beynəlxalq Maliyyə Hesabatları üzrə Diplomun (DipIFR) sahibidir.