MHBS-a keçid

İldən ilə daha çox şirkətlər öz idarəetmə və yerli uçotlarını beynəlxalq standartlara (MHBS) keçirirlər. Bu addım maliyyə hesabatlarının etibarlılığı daha yüksək səviyyəyə qaldırır və bunu etmiş şirkətlər öz audit xərclərində xeyli azalmaya nail olurlar.  
 
Biz müştərilərimizin MHBS-a keçidini təmin etmək üçün tam dəstək göstəririk. Bura aşağıdakılar daxildir:
  • MHBS uçot siyasətlərinin hazırlanması;
  • MHBS transformasiyasının və düzəlişlərin təfsilatlı izahını verən MHBS təlimatının hazırlanması;
  • MHBS transformasiya modelinin Excel-da hazırlanması;
  • Şirkətin məsul işçilərinə təlimlərin keçirilməsi.
 
MHBS-a keçid xidmətinin qiymətləri şirkətin böyüklüyndən və mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 8,000 AZN - 18,000 AZN arasında dəyişə bilər.