Büdcələmə

Yaxın gələcəkdə gözlənilən maliyyə nəticələrinin proqnozlaşdırılması prosesinə Büdcələmə deyilir. Büdcəyə satışların, maya dəyərinin, digər xərclərin, aktivlərin və öhdəliklərin, pul hərəkətlərinin proqnozları daxildir.
 
Büdcələmə istənilən biznesin effektiv və səmərəli idarə olunmasını təmin edən mexanizmlərdən biridir. İşlək büdcə şirkətin rəhbərliyi üçün bələdçi rolunu oynayır. O realistik məqsədləri müəyyən etməyə və maliyyə nəzarətini gücləndirməyə kömək edir. Həmçinin büdcəyə əməl edilməsinə görə işçilərin mükafatlandırılması nəzərdə tutulursa bu nəticə etibarı ilə daha yüksək motivasiyanı təmin edir.
 
Biz illik büdcələrin hazırlanması zamanı aşağıdakı işlərdə şirkətlərə köməklik göstərə bilərik:
 
  • Şirkətin müxtəlif departamentləri ilə işləyib büdcələrin qaydalara uyğun və vaxtında hazırlanmasını təmin etmək;
  • Rəhbərliyin təqdim etdiyi təxminlər və fərziyyələr əsasında gəlirlərin, xərclərin və pul hərəkətlərinin proqnozlarını qurmaq;
  • Şirkətin yekun illik büdcəsini və digər köməkçi sənədləri hazırlamaq;
  • Məsul işçilərə büdcə ilə bağlı təlimlər keçmək.
 
Büdcələmə xidmətinin qiymətləri şirkətin böyüklüyündən və əməliyyatların mürəkkəbliyindən asılıdır. Orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 5,000 AZN - 18,000 AZN arasında dəyişə bilər.